featured-image-29850

“Neftçi”  Azərbaycan Premyer Liqasının 34-cü turunda turnir cədvəlində sonuncu pillədə olan “Şamaxı”nı məğlub edə bilmədi – 1:1.

Msport.az xəbər verir ki, oyundan Laurentsiu Regekampf uğursuzluğu belə qiymətləndirib:

“Oyuna yaxşı başlamışdıq. Qol vurduqdan sonra 2-3 yaxşı şansımız oldu. İkinci hissəyə isə pis başladıq. Düşünürəm ki, bu situasiya oyunçuların əhvalına mənfi təsir göstərir. Tez bir zamanda futbolçuları ayıltmalıyam. Çoxlu asan toplar itirdik. Bu səbəbdən oyunu özümüz üçün çətinləşdirdik”.

Rumıniyalı mütəxəssis çempionatda ardıcıl xal itkilərinin kubokun finalında onlara mane ola biləcəyi ilə bağlı  sualı belə cavablandırıb:

“3-cü yerdə olsaq belə, özümüzə hörmətlə yanaşmalıyıq. Daha yaxşı oyun nümayiş etdirməliyik. Həyəcansız oynamalıyıq. Amma bunu görmürük. Futbolçular ötürmələrdə çox səhvlərə yol verirlər. Ona görə bəzən bizim üçün çətin olur. Özümüz bu vəziyyətə düşmüşük, özümüz də çıxıb kuboku qazanmalıyıq. Əminəm ki, oyundan-oyuna daha yaxşı olacağıq”. (CBC Sport)

AYXAN 

Bənzər xəbərlər