featured-image-38111

Avropanın “Top-5” liqalarının ən gənc komandaları müəyyənləşib.

Msport.az xəbər verir ki, bu, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) yaş ortalaması ilə bağlı dərc etdiyi siyahıda öz əksini tapıb.

İlk pillədə Fransa “Tuluza”sı qərarlaşıb. Liqa 1 təmsilçisi 24,16 yaş ortalamasına malikdir.

İspaniyanın “Valensiya” klubu (24,19) ikinci, İngiltərə “Bernli”si (24,57) üçüncü olub. İlk “10-luq”da İngiltərədən “Çelsi”, “Arsenal”, “Tottenhem”, Fransadan isə PSJ yer alıb.

“Top-5” liqaların ən gənc 10 klubu

1. “Tuluza” (Fransa) – 24,16
2. “Valensiya” (İspaniya) – 24,19
3. “Bernli” (İngiltərə) – 24,57
4. “Frozinone” (İtaliya) – 24,87
5. “Çelsi” (İngiltərə) – 24,95
6. “Arsenal” (İngiltərə) – 24,96
7. “Leççe” (İtaliya) – 25,00
8. PSJ (Fransa) – 25,08
9. “Tottenhem” (İngiltərə) – 25,12
10. “Strasburq” (Fransa) – 25,22

Bənzər xəbərlər