featured-image-27796

İtaliya mətbuatı növbəti dəfə Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Musa Qurbanlının “Torino”ya mümkün transferindən yazıb.

Msport.az xəbər verir ki, “sportcafe24.com”da yer alan xəbərdə 21 yaşlı hücumçunun keçidinin Turin təmsilçisinin baş məşqçisi İvan Yuriçdən asılı olduğu bildirilib.

Qeyd olunub ki, gənc forvard hazırda xorvatiyalı mütəxəssisin əsas transfer hədəfi olmasa da, cari mövsümün “Torino” istedadlı oyunçuya yatırım etməyə hazırdır: “Gələcəyin komandasını qurmaq üçün ön xəttə münasib qiymətə lider axtarırlar. Qurbanlı təxminən 5 milyon avro dəyərindədir və növbəti mövsümdə komandanın sürpriz hücumçusu ola bilər”.

Bundan başqa, 21 yaşlı futbolçunun “Torino”ya keçmə ehtimalının 25 faiz olduğu vurğulanıb.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 20 qolla bombardirlər yarışına başçılıq edən Musa Qurbanlının “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Bənzər xəbərlər