“Tottenhem”də baş məşqçi postuna italyan namizəd
“Tottenhem” rəhbərliyi istefaya göndərilən Tomas Frankın yerinə yeni baş məşqçi axtarışını sürətləndirib.
Msport.az xəbər verir ki, danimarkalı mütəxəssisin gedişi çərşənbə günü rəsmi şəkildə açıqlanıb.
Bu posta italiyalı Roberto De Zerbinin gətirilməsi gözlənilir. Rəhbərlik italiyalı mütəxəssisin namizədliyi ilə ciddi maraqlanır və mümkün əməkdaşlığın şərtləri barədə artıq sorğu göndərib.
De Zerbi 2024-cü ilin yayına qədər “Marsel”i çalışdırıb. 46 yaşlı mütəxəssis daha əvvəl iki il ərzində “Brayton”da uğurlu çıxışı ilə diqqət çəkmişdi və yayılan xəbərlərə görə, yenidən İngiltərə Premyer Liqasına qayıtmaq niyyətindədir.







