featured-image-32352

Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verilib. Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, arenanın ərazisində ikimərtəbəli yeni bina inşa olunur.

“Turan Tovuz” Futbol Akademiyasının sərəncamına veriləcək binada yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar olacaq.

Bununla yanaşı projektorların quraşdırılması işlərinə də start verilib.

Bənzər xəbərlər