"Trabzonspor" Azərbaycan millisinin üzvləri ilə maraqlanır
“Trabzonspor” Türk respublikalarından olan futbolçularla maraqlanır. Msport.az “Fotospor”a istinadən xəbər verir ki, Qara Dəniz klubu Azərbaycan yığmasının oyunçuları haqqında da məlumat yoplayır.
Klubun əsas hədəfi “Zenit”də çxıış edən Nuralı Alıpdır. “Trabzonspor” yaxın vaxtlarda qazaxıstanlı oyunçuya görə, Sankt-Peterburq klubu ilə danışıqlara başlayacaq.
Trabzon klubunun Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan yığmalarının oyunçuları ilə də maraqlandığı deyilir.
“Trabzonspor” mərkəz müdafiəçisi mövqeyinə futbolçu axtarır.
Qeyd edək ki, yeni mövsümdən Super Liqada hər klub Türk respublikalarından olan bir futbolçunu yerli statusunda oynada bilər.
ANAR