featured-image-38189

“Trabzonspor” komandası baş məşqçisi Nenad Byelitsanı istefaya göndərib.

Msport.az xəbər verir ki, klub 52 yaşlı xorvatiyalı mütəxəssisin müqaviləsini qarşılıqlı razılıqla ləğv edib.

O, mövsümün sonunadək nəzərdə tutulan əməkhaqqını təzminat kimi alacaq.

Qeyd edək ki, Nenad Byelitsa bu ilin aprelində “Trabzonspor”un baş məşqçisi olub.

Bənzər xəbərlər