"Trabzonspor" millimizin hücumçusunu icarəyə götürmək istəyir
Millimizin hücumçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər. Msport.az “Gunebakis” nəşrinə istinadən xəbər verir ki, İsveçrənin “Qrasshopper” klubunda çıxış edən futbolçu ilə “Trabzonspor” maraqlanır.
24 yaşlı forvardın klubu ilə daha bir illik müqaviləsi olduğu üçün Qara dəniz təmsilçisi onu icarəyə götürmək barədə düşünür.
Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm “Qrasshopper”in heyətində 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.