featured-image-30326

Azərbaycan Premyer Liqasının XXXV turunun “Sabah” – “Zirə” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Gərgin oyun oldu. Qələbəyə yaxın idik. Son dəqiqələrdə böyük qüvvə ilə irəli atılmışdıq. Qol imkanlarından istifadə edə bilmədik. Qələbə qazanmasaq da, futbolçuların çıxışından razı qaldım. Yaxşı komandaya qarşı oynadıq. “Sabah” ikinci yeri təmin etsə də, sona qədər mübarizə apardıq. Ağır səfərdən üstün epizodlarla ayrıldıq. Təəssüf ki, qələbə qazana bilmədik.

Mövsümün əvvəlindən avrokuboklar münarizəsinin bu yerə qədər gəlməsini gözləyirdiz?
– Bu turlara qalacağını müzakirə edirdik. “Qəbələ” ilə mübarizə aparacağımızı bilirdik. Son tura qədər şansımız qalır. Son oyunda qələbə qazanıb, onların uduzmağını gözləyəcəyik. Favorit “Qəbələ”dir. Mövsümün əvvəlindən hədəfimiz 4-cülük idi. Kim bu yeri tutsa, layiqli olacaq.

– Növbəti mövsümdə də hədəf avrokuboklar olacaq?
– Büdcə məsələsi böyük rol oynayır. Bu haqda rəhbərliklə danışmamışıq. Mövsüm bitəndən sonra müzakirələr olacaq. Transferlərdən istəyimiz kimi istifadə edə bilmədik. Bircə, Eldar Quliyev yaxşı oldu. Digərləri tez-tez zədələndi və onların potensialından istifadə edə bilmədik. Mövsüm bitəndən sonra təhlillər aparıb, dəyərləndirmələrimiz olacaq. (futbolpress)

Bənzər xəbərlər