featured-image-30339

Azərbaycan Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Qəbələ” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, o əvvəlcə matçı dəyərləndirib.

-Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Bilirdik ki, dördüncü yeri təmin edə bilərik. Ağır oyun olacağı dəqiq idi. “Şamaxı”ya da xal lazımdır. Epizodları yaratdıq, amma dəyərləndirə bilmədik. Kədərlənmək vaxtı deyil. Bir oyunumuz qalıb. Son matça hazırlaşmalıyıq.  “Şamaxı”nı kiçiltmək lazım deyil. Biz burada xal itirmişik. Nəinki biz, turnir cədvəlində öndəki rəqiblər də “Şamaxı” ilə görüşdə xallar itirib. Futbolda həmişə fikirləşdiyin və istədiyin olmur. Komanda ən yaxşısını etməyə çalışacaq.

– Oyunun sonlarında hakimə etiraz edirdiniz. Sirr deyilsə, səbəb nə idi?
– Hakimlər həm bizlə, həm də məşqçilər korpusumla bağlı diqqətli olsalar yaxşıdır. Tribunadan butulka atırlar, dördüncü hakim deyir ki, Rasim Ramaldanova qırmızı vərəqə göstər. Oyundan hələ çıxmamışıq, üstünə bir də başqa məsələ yüklənirsə, reaksiyamız belə olmalıdır.

– Futbolçuların əksəriyyətinin müqaviləsi başa çatır. Həlledici məqamda onların konsentrasiyaları necədir?
– Aşağı olduğu hiss edilmir. Maksimumu verməyə çalışırlar. Onlara təkliflərin gəlməsi normaldır. Tək bizim futbolçulara təklif gəlmir. Bizim üçün mövsümün bitməsinə iki oyun qalıb. Oynayaq, sonra baxacağıq.

– “Kəpəz” və “Neftçi” ilə matçlarınız qalıb. Daha çox hansına köklənəcəksiz?
– Komanda özü də, qarşıdakı oyun hansıdırsa, daha çox ona köklənir. Çempionatdakı son görüşdə istəyimizə çatmağa çalışacağıq. Ondan sonra da kubok barədə düşünəcəyik.

Bənzər xəbərlər