featured-image-35567

“Sabah”ın Belqradda öz oyunundan imtina edəcəyini düşünmürəm. Erkən qol bizə çox kömək edərdi. Artıq səfər qolları əhəmiyyət daşımadığına görə, hesabdakı fərq o qədər də böyük deyil. Beləliklə, mümkünsüz bir şey yoxdur. Səfərdə çox pis oynadıq. Bu bir daha baş verməməlidir”

Mspport.az xəbər verir ki, bu sözləri  “Partizan”ın hücumçusu Nemanya Nikoliç Konfrans Liqasının III təsnifat mərhələsinin Belqradda “Sabah”a qarşı keçiriləcək cavab oyunu (ilk oyun – 0:2) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Partizan” üçün belə oyunlar qəbuledilməzdir. Klubun təcrübəli futbolçularından biri kimi bu haqda danışmağa haqqım var. İlk matçın nəticəsi göstərir ki, reytinqi aşağı olan klublar da bizə qalib gələ bilər. “Sabah”dan xəbərim var, altı ay əvvəl bundan 40 faiz daha yaxşı oynayırdılar. Bu komandanı bir neçə əsas oyunçu tərk edib. İstənilən halda, onlar cəmi 6-7 il əvvəl yaradılan əla komandadır. Onların baş məşqçisi “Krasnodar”ı Çempionlar Liqasına çıxarmışdı. Bu komanda nə istədiklərini və onu necə əldə edəcəyini dəqiq bilir. Belə klublara hörmət etməliyik. Digər tərəfdən, mən hələ də hesab edirəm ki, biz daha keyfiyyətliyik. Ümid edirəm ki, tribunaların dəstəyi ilə qələbə qazana biləcəyik”.

“Partizan” – “Sabah” matçı avqustun 17-də Belqradda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər