featured-image-30846

“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova millisinə çağırılıb. Msport.az xəbər verir ki, cinah müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Albaniya və Polşa ilə görüşlərə dəvət edilib.

Moldova yığması iyunun 17-də səfərdə Albaniya, 3 gün sonra isə öz meydanında Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, Marandiçi Moldova seçməsində 6 oyun keçirib. O, son dəfə 2021-ci il dekabrın 11-də  Şotlandiyaya qarşı  dünya çempionatının  seçmə matçında (0:2) millinin formasını geyinib.

 

Bənzər xəbərlər