featured-image-33276

“Turan Tovuz” Türkiyə toplanışında ilk yoxlama matçını Super Liqası təmsilçisiylə keçirəcək.

Msport.az xəbər verir ki, Qərb klubu “Adana Demirspor”la üz-üzə gələcək. Bu barədə baş məşqçi Ayxan Abbasov məlumat verib:

“Bu matç iyulun 17-də olacaq. İyunun 22-də digər türk klubu “Eyubspor”la görüşəcəyik. Daha sonrakı rəqib Afrika təmsilçisidi, 5-ci yerdə gedən komandadı. Onlarla danışıqlarımız gedir. Daha bir rəqibimiz isə bilinmir”.

Qeyd edək ki, Adana klubuna bu günlərdə Patrik Klüvert baş məşqçi təyin olunub.

“Eyubspor”ı isə Arda Turan çalışdırır.

Bənzər xəbərlər