featured-image-28445

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq. Msport.az xəbər verir ki, Qərb klubunun 3 futbolçusu cəzalı olduğundan bu gün forma geyinə bilməyəcək.

Piruzi Marakvelidze, Tərlan Quliyev və Kamal Bayramov Tovuzda keçiriləcək matçda çıxış etməyəcəklər. Gürcü yarımmüdafiəçi ötən tur “Kəpəz”lə matçda qırmızı vərəqə alıb. Tərlan Quliyev də Gəncə təmsilçisi ilə görüşdən sonra təcavüzkar davranışına görə 2 oyunluq cəzalanıb.

Bayramovu isə AFFA İntizam Komitəsi cəzalandırıb. O, “Kəpəz”lə oyun başa çatdıqdan sonra rəqib futbolçuları təhqir etdiyi üçün 3 matç cəza alıb.

Qeyd edək ki, “Turan Tovuz” – “Sabah” qarşılaşması bu gün saat 16:00-da başlayacaq.

AYXAN 

 

Bənzər xəbərlər