featured-image-32226
“Turan Tovuz” Futbol Akademiyası yay seçimlərinə başlayır. Msport.az xəbər verir ki,  seçimlər Tovuz şəhər stadionunda baş tutacaq.
Seçimlər iyulun 1-də və 2-də olacaq və 2009, 2010, 2011-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək.
Seçimlərdə iştirak etmək istəyən futbolçular öncədən qeydiyyatdan keçməlidirlər.
Bunun üçün aşağıda göstərilən əlaqə nömrələrinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəxsiyyətini təsdiq edən sənədi gətirməlidirlər.
Tel: 055 255 44 32, 055 706 55 94

Bənzər xəbərlər