featured-image-31677

“Turan Tovuz” daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Msport.az xəbər verir ki, Qərb klubu Ehtiram Şahverdiyevlə müqaviləni daha 1 il müddətinə artırıb.

25 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayından “Turan Tovuz”un şərəfini qoruyub. O, tovuzluların heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Turan Tovuz” bundan əvvəl Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev və Sadiq Quliyevlə yeni müqavilə imzalayıb.

Bənzər xəbərlər