"Turan Tovuz" Ehtiram Şahberdiyevlə bağlı qərar verdi
Turan Tovuz” Ehtiram Şahverdiyevlə yollarını ayırıb.
Msport.az xəbər verir ki, Qərb klubunun rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Şahverdiyev 2022-ci ildən “Turan Tovuz”da çıxış edir. O, daha əvvəl “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib.
Yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 26 oyunda 1 qol vurub.







