"Turan Tovuz" əsas oyunçularından birini itirdi
“Turan Tovuz” hazırda davam edən “Kəpəz”lə Azərbaycan kubokunun 1\4 final mərhələsinin oyununda ağır itki ilə üzləşib.
Msport.az xəbər verir ki, Tovuz komandasının yarımmüdafiəçisi Xəyal Nəcəfov matçın əvvəlində zədələnərək meydanı tərk edib. Onun əvəzinə Ayxan Quseynov oyuna daxil olub. Nəcəfova isə Təcili Tibbi Yardım maşınında həkimlər kömək göstəriblər.