"Turan Tovuz" Patrik Klüvertin komandasına uduzdu
Türkiyədə təlim-məşq toplanışında olanda “Turan Tovuz” klubu ilk yoxlama oyununu keçirib.
Msport.az xəbər verir ki, Ayxan Abbasovun komandası “Adana Demirspor”la üz-üzə gəlib.
Qarşılaşma Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Adana təmsilçisini məşhur niderlandlı Patrik Klüvert çalışdırır.
Qeyd edək ki, “Turan Tovuz” iyulun 22-də “Eyupspor”la, iyulun 27-də isə Tanzaniyanın “Simba Sport” kollektivi ilə qarşılaşacaq.







