featured-image-16545

Misli Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” oyunu noyabrın 9-da keçiriləcək.

Msport.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutacaq və saat 14:30-da başlayacaq qarşılaşmanın biletləri satışa çıxarılıb.

Tovuz klubundan verilən məlumata görə, biletin qiyməti 2 AZN təşkil edir. Biletləri bu gündən etibarən stadionun kassalarından əldə etmək olar.

Bənzər xəbərlər