featured-image-20801

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün növbəti yoxlama görüşünə çıxıb.

Msport.az xəbər verir ki, əyalət təmsilçisi Antalyadakı hazırlıq çərçivəsində son sınaq matçını Qazaxıstanın “Jetisu” komandasına qarşı keçirib.

Bakı vaxtı ilə saat 16:30-da start götürən matçın yekununda Tovuz klubu 2:0 hesablı qələbəyə sevinib. Qolları 20-ci dəqiqədə Ayxan Hüseynov və 44-cü dəqiqədə Denis Marandiç vurublar.

Xatırladaq ki, “Turan Tovuz” daha öncə Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzub, İsveçrənin “Aarau” klubuna 1:0 hesabıyla qalib gəlib.

Bənzər xəbərlər