featured-image-20770

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün növbəti yoxlama görüşünə çıxıb.

Msport.az xəbər verir ki, əyalət təmsilçisi Antalyadakı hazırlıq çərçivəsində son sınaq matçını Qazaxıstanın “Jetisu” komandasına qarşı keçirir.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 16:00-da start verilib.

Xatırladaq ki, “Turan Tovuz” daha öncə Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzub, İsveçrənin “Aarau” klubuna 1:0 hesabıyla qalib gəlib.

Bənzər xəbərlər