featured-image-24901

Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni sınağa çəkib. Bu oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Günün digər oyununda isə lider “Qarabağ”la çempionatın autsayderi “Səbail” üz-üzə gəlib və darmadağına sevinib.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Kəpəz” – “Zirə” matçında qalib müəyyənləşməyibsə (1:1), “Sabah” “Sumqayıt”a 4:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXVI tur

11 mart

“Turan Tovuz” – “Qəbələ” 1:1
Qol: R.Eva, 19-pen – F.Santos, 39.
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 55. Siyanda Xulu, 30. Piruzi Marakvelidze, 9. Belaydi Pusi, 25. Denis Marandiç, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev.
Baş məşqçi: Ayxan Abbasov.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

“Qarabağ” – “Səbail” 3:0
Qol: E.Cəfərquliyev, 24. M.Qurbanlı, 34. J.Romao, 53.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə.
“Azersun Arena”, 18:00.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.

Bənzər xəbərlər