featured-image-26513

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sumqayıt”la oyuna itilərlə çıxacaq. Bu barədə Qərb klubunun baş məşqçisi Ayxan Abbaov Msport.az-a açıqlamasında deyib:

“Hər kəsə xal lazımdır. Bəzi itkilərimiz var. Siyanda Xulu millidədir, matça çatmır. Tərlan Quliyev xəstədir. Heyətdə bəzi çatışmazlıqlarımız var, amma yenə də ciddi hazırlaşırıq. Çətin görüş olacaq. “Sumqayıt” son matçlarda uduzsa da, yaxşı oyun göstərir. Onlara da xal lazımdır. Evdə azarkeşlərimizin də dəstəyi ilə qələbə qazanmaq istəyirik”.

O, fasilədən normal yararlandıqlarını vurğulayıb: “Futbolçular həm istirahət etdi, həm də ağır məşqlərimiz oldu. Yaxaladığımız tempi itirməmək üçün əvəzedici heyətimizlə yoxlama görüşü keçirdik. Normal qrafikdə hazırlaşdıq”.

CAHİD

Bənzər xəbərlər