featured-image-30436

“Turan Tovuz”un baş sponsoru “Huner Group”un direktoru Ehtiram Quliyev ictimaiyyətə müraciət edib.

Msport.az xəbər verir ki, tanınmış iş adamı sisoal şəbəkə hesabından etdiyi paylaşımda bir neçə sponsorluq təklifləri hazırladıqlarını yazıb:

“Dəyərli iş adamları və “Turan”daşlar!

Məlumunuzdur ki, bu ilin fevral ayında biz “Huner Group” olaraq ölkə idmanının, xüsusilə region futbolunun inkişafı üçün Turan Tovuz PFK klubu ilə baş sponsorluq müqaviləsi imzaladıq. Əsas məqsədimiz ölkənin ilk müstəqil futbol klubunun inkişafında öz dəstəyimizi göstərmək idi. Uzun müddətdən sonra premyer liqaya vəsiqə qazanmış klub üçün bu çox gərəkli idi. 2022-2023 futbol mövsümü başa çatmaq üzərədir. Artıq Turan Tovuz PFK –nun Premyer Liqada qalması qətiləşib. Önümüzdəki mövsüm daha güclü klub görmək istəyiriksə bu işdə bir olmalıyıq.
Əziz dostlar,sizi “Turan”ımıza dəstək olmağa çağırıram.
Klubun inkişafı üçün“Turan” bir neçə sponsorluq variantı hazırlayıb.Stadionun adı,akademiyanın adı,futbol formasında yazı və s. kimi müxtəlif sponsorluq anlaşmalarından birinə qoşulmaqla siz həm Turan PFK- nun inkişafına dəstək vermiş olacaqsıznız, həm də yeni, çoxminlik paltformada reklam olunmaq şansı əldə edəcəksiniz. Vaxtilə həm də Avropa liqasında oynamış klubumuzun şöhrətini geri qaytarmaq üçün bir olaq, “Turan”ımızın bayrağını yüksəklərə qaldıraq!

Bənzər xəbərlər