"Turan Tovuz"un bombardiri Bolqarıstan klubu ilə anlaşdı
Ötən mövsümün sonunda “Turan Tovuz”dan ayrılan Runi Eva Bolqarıstanın “MOİK 1948” komandasına keçib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kamerunlu hücumçu ilə müqavilənin detalları barədə məlumat verilməyib.
27 yaşlı forvard artıq Sofiya təmsilçisində ilk məşqinə də çıxıb.
Qeyd edək ki, Runi Eva ötən mövsüm 16 qolla “Turan Tovuz”un bombardiri olub