featured-image-28308

“Turan Tovuz”un qapıçısı Kamal Bayramov Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə matç bitdikdən sonra rəqib futbolçuları təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılıb.

Msport.az xəbər verir ki, AFFA İntizam Komitəsi qapıçının bu hərəkətinə görə, klubu 1600 manat cərimələyib.

Görüşün ardından təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan tovuzluların müdafiəçisi Tərlan Quliyev 2 oyunluq cəza alıb, klubunu 1600 manat ziyana salıb.

Bundan başqa, “Turan Tovuz”un gürcüstanlı yarımmüdafiəçisi Piruzi Marakvelidze rəqibi aşkar qol imkanından məhrum etdiyindən, 1 oyun cəza ilə üzləşib. Bu, tovuzluların 200 manatlıq cərimə olunması ilə nəticələnib.

Həmçinin, futbolçuları isinmə hərəkətləri edən zaman tələbləri pozan “Turan Tovuz” daha 200 manatlıq cərimə ilə üzləşib.

“Kəpəz” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib.

Bənzər xəbərlər