featured-image-6752

“CBC Sport” telekanalının əməkdaşları yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” klubunun ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionuna baş çəkib, çəkilişlə bağlı şəraitlə tanış olub.

Msport.az xəbər verir ki, bu barədə telekanalın sosial şəbəkə hesabında məlumat verilib.

Xəbərdə bildirilir ki, bu arenada canlı yayımın mərkəzi tribuna ilə üzbəüz olması nəzərdə tutulub. “Turan Tovuz”un rəsmiləri ilə birgə müzakirələr zamanı müvafiq qeydlər onların diqqətinə çatdırılıb.

Telekanal rəsmiləri digər bölgələrdə olduğu kimi burada da oyunların yüksək səviyyədə yayımı üçün əllərindən gələni edəcəklərini bildiriblər. Həmçinin bu səfərədə dəstəyə görə “Turan Tovuz”a, PFL-ə və AFFA-ya təşəkkür edilib.

Bənzər xəbərlər