“Turan Tovuz”un yeni transferi zədələndi
“Turan Tovuz”un futbolçusu Budaq Nəsirov zədələnib.
Msport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu gün “Araz Naxçıvan”la oyunda xəsarət alıb.
İkinci hissədə meydana daxil olan oyunçu rəqib futbolçu ilə toqquşub. Başına sarğı qoyulan Nəsirov görüşü davam etdirə bilməyib.







