"Turan Tovuz" yeni mövsümə Türkiyədə hazırlaşır - FOTOLAR
“Turan Tovuz” yeni mövsümə hazırlığı Türkiyədə davam etdirir.
Msport.az xəbər verir ki, Tovuz klubu bu gün səhər saatlarında fitness məşqinə çıxıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyulun 17-də “Adana Dəmirspor”la, 22-də isə “Eyüpspor”la qarşılaşacaq. Digər iki rəqibin kimliyinə hələ aydınlıq gəlməyib.










