featured-image-23733

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Zirə”ni sınağa çəkib. Qonaqlar meydanı inamlı qələbə ilə tərk ediblər.

Günün son oyununda isə “Qəbələ” səfərdə autsayder “Səbail”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Bu turun “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” oyunları şənbə, “Qarabağ”– “Neftçi” matçı isə bazar gününə təsadüf edəcək.

Azərbaycan Premyer Liqası
XXIV tur

24 fevral

“Turan Tovuz” – “Zirə” 0:2
Qol: Moiz Adileu, 27. Hamidu Keyta, 29.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 55. Xulu Siyanda, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 96. Donald Gerye, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 17. Toni Qomes.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

“Səbail” – “Qəbələ” 2:2
Qol: Mirabdulla Abbasov, 51. Matiya Lyuyiç, 56 – Ramon Maçado, 20; 70.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
Bakı. “ASCO Arena”.

Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 9. Mirabdulla Abbasov, 22. Samir Abdullayev, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 27. Emil Martinov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 23. Rafael Utziq, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Bənzər xəbərlər