featured-image-16804

Moldova millisi Azərbaycan və Rumıniya ilə keçirəcəyi yoldaşlıq oyunlarının hazırlığına başlayıb.

Msport.az xəbər verir ki, ilk məşq 11 futbolçunun iştirakı ilə baş tutub. Digər oyunçular komandaya yaxın vaxtlarda qoşulacaqlar.

Türkiyənin “Boluspor” klubunda çıxış edən Vyaçeslav Posmak isə qarşıdakı matçlarda iştirak edə bilməyəcək. Bolu təmsilçisi futbolçunu yığmanın düşərgəsinə buraxmayıb. Onun əvəzinə komandaya “Belts”in üzvü Serafim Kojokar dəvət alıb.

Qeyd edək ki, Moldova – Azərbaycan oyunu noyabrın 16-da olacaq.

Bənzər xəbərlər