Türkiyə klubuna transfer qadağası qoyuldu
Türkiyənin “Antalyaspor” klubuna transfer qadağası qoyulub.
Msport.az xəbər verir ki, bu barədə FIFA qərar qəbul edib.
Buna səbəb Antalya təmsilçisinin sabiq futbolçusu Samuel Etonun menecerinə ödəməli olduğu vəsaiti hesaba köçürməməsidir. Superliqa təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.
Qeyd edək ki, Eto 2015-2018-ci illərdə “Antalyaspor”un formasını geyinib. Komanda hazırda turnir cədvəlində 10 xalla 14-cü pillədə qərarlaşıb.







