Türkiyə kuboku: "Qalatasaray" mübarizəni dayandırdı
Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, “Qalatasaray” öz meydanında “Başakşehir”i qəbul edib. 2:3 hesabı ilə uduzan Okan Burukun komandası mübarizəni dayandırıb.
Qeyd edək ki, “Başakşehir” finala gedən yolda “Ankaragücü” ilə qarşılaşacaq.
“Qalatasaray” – “Başakşehir” 2:3
Kaan Ayhan, 20, Mauro İkardi, 51- Patrik Şiş, 12, 66, Daniel Aleksiç, 30.