featured-image-24837

İzmirin həvəskar komandası “Karabağlar” qapıçısı ilə qeyri-adi müqavilə bağlayıb. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı qolkiper Kenan Gürsen Saat yeni anlaşmaya imza atıb.

Müqavilənin şərtlərinə əsasən, futbolçu mövsüm boyunca havayı kəllə paça çorbası (xaş) yeyə biləcək. Klubun prezidenti Adem Kuzunun restoranı var və burada xaş verilir. Kenan Gürsen Saast da tez-tez bu restorana gedir:

“Prezidentimizin restoranına uzun müddətdir ki, gedirəm. Orda tez-tez kəllə paça çorbası içirəm. Bu təklifi də mən irəli sürdüm. Mövsüm ərzində orada havayı kəllə-paça yeyə biləcəm. Məncə, gözəl transfer oldu. Bu il çempion olsaq, hədəfim beyti kabab qarşılığında yeni müqavilə bağlamaqdır”.

Saat həm də Ege Universiterinin İdman fakültəsində təhsil alır. Klubun prezidenti Adem Kuzu da bu qeyri-adi transferlə bağlı fikirlərini bildirib: “Kenan mənim çoxdankı müştərilərimdəndir. Özü də kəllə paça xəstəsidir. Bütün futbolçularım məşqdən sonra restoranda havayı yemək yeyirlər. Amma Kenın məhdudiyyətsiz kəllə paça haqqı var.

AYXAN 

Bənzər xəbərlər