Türkiyəli mütəxəssis finalı izləmək üçün Bakıya gəldi - FOTO
Uzun illər “Qəbələ” Aakademiyasına rəhbərlik etmiş Halim Fıçıcı ölkəmizə gəlib. Msport.az xəbər verir ki, o, bu gün keçiriləcək Azərbaycan kubokunun “Neftçi” – “Qəbələ” final matçını izləyəcək.
Türkiyəli mütəxəssis oyundan öncə “qırmızı-qaralar”ın düşərgəsində olaraq məşqçi heyəti, bəzi futbolçularla görüşüb. Qeyd edək ki, bir çox yerli oyunçular Akademiyada məhz onunla birgə çalışıblar.
AYXAN








