Turun ən çox azarkeş toplayan oyunu yenə Tovuzda oldu
Azərbaycan Premyer Liqasının 29-cu turunun oyunlarını stadiondan 7 min azarkeş izləyib. Msport.az xəbər verir ki, bunun yarısı “Turan Tovuz” – “Şamaxı” matçının payına düşür. Tovuzda tribunalara 3500 azarkeş toplaşıb.
Ümumilikdə, 29-cu turun oyunlarına orta hesabla 1400 nəfər baxıb. Ən az tamaşaçı “Səbail” – “Sabah” görüşündə olub – 500 nəfər.
Çempionatın lideri “Qarabağ”ın Suraxanıda “Kəpəz”ə qarşı oyununu 1000 nəfər izləyib. “Qəbələ” – “Zirə” qarşılaşmasında 700, “Sumqayıt” – “Neftçi” matçında isə 1300 tamaşaçı olub.
AYXAN







