featured-image-25623

Martın 21-dən 26-dək Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatının əsas mərhələsinin qrup oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, ikisi qapıçı olmaqla ümumilikdə 12 futzalçı səfərə aparılacaq.

Komanda martın 20-də Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gedəcək, Sarayevodan isə matçların təşkil olunacağı Siroki Breyq şəhərinə avtobusla yollanacaq. U-19-u oyunlara baş məşqçi kimi İlqar Aslanov çıxardacaq.

Komandanın heyətini və oyunların təqvimini diqqətinizə çatdırırıq:

1. Əli Quliyev – ADBTİA
2. Sadiq Əlizadə – Baku Fire
3. Fərid Abbasov – Baku Fire
4. Kənan Rovşani – Baku Fire
5. Rüfət Məmmədli – Baku Fire
6. Kərim Babayev – Zirə
7. Qudrət Qasımzadə – Baku Fire
8. Şahbaz Həndəmli – U-19
9. Əhməd İsmayılov – U-19
10. Sunay Həsənov – U-19
11. Elşən Mahmudov – U-19
12. İlham Alıyev – U-19

Fransa – Azərbaycan
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

Bosniya və Herseqovina – Azərbaycan
Hakimlər: Martin Koster, Nikola Manzione (İtaliya), Peter Nurse
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00

Azərbaycan – Yunanıstan
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

Bənzər xəbərlər