featured-image-82952

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komandası Bakıda Çexiyanı qəbul edəcək.

“Bank Respublika Arena”da keçiriləcək görüşə saat 17:45-də start veriləcək. Oyunu irlandiyalı FİFA referisi Aaron Odoud idarə edəcək.

Azərbaycan millisi qrupda keçirdiyi 7 oyundan sonra 6 xalla 6 komanda arasında 5-cidir.

Qeyd edək ki, U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.

Bənzər xəbərlər