U-21 millimiz Çexiyanı büdrətdi
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Msport az xəbər verir ki, B qrupunda yarışan Rəşad Eyubovun komandası Bakıda qrup ikincisi Çexiya millisi ilə üz-üzə gəlib
Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın yeganə qolunu “Qəbələ”nin müdafiəçisi Eşqin Əhmədov vurub.
17:45. Azərbaycan – Çexiya – 1:1
Qollar: Filip Lissah, 38 (0:1), Eşqin Əhmədov, 45 (1:1)
Qeyd edək ki, U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.
Hesabında 7xal.olan komandamız qrupda 5-ci yeri tutur.







