featured-image-28038

Azərbaycan Premyer Liqasının 30-cu turunda “Şamaxı” öz meydanında “Sumqayıt”la qolsuz bərabərə qalıb. Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Samir Abasov 2 xal itirmədiklərini, 1 xal qazandıqlarını bildirib:

“Həddən artıq gərgin oyun oldu. Qol vəziyyətlərinin az olması ona işarədir ki, hər iki komanda səhv etməkdən çəkinirdi. Belə matçlarda hücumlarda bir az qətiyyətli olmalısan. Bəzi futbolçular oyunu öz üzərlərinə götürməlidirlər. Bunu iki komandanın heç birində görmədik. Oyun ərzində 100 faizlik qol vəziyyətlərini də xatırlamıram. Bir dirəkdən qayıdan top var idi, ikinci də fikirləşirəm ki, Süleyman Əhmədov ötürmə verə bilsəydi, bəlkə də orda nöqtə qoya bilərdik. Amma qol olsaydı belə, gərginlik hiss olunurdu. İki komanda da hər atdığı addımda fikirləşirdi ki, birdən topu itirərəm , qapımda qol görərəm. Ümumiyyətlə, nəticə oyuna görə oldu”.

“Sumqayıt”ın çalışdırıcısı 19 yaşlı qapıçı İlnur Vəliyevin də çıxışını qiymətləndirib:

“Artıq 3-cü oyundur ki, qapını Vəliyev qoruyur. İkinci qapıçımızdır. Bu cür oyunları olsa, özü üçün də bir motivasiyadır. Nəinki o, fikirləşirəm ki, bu gün bütün komanda pis oynamadı. Az səhv etdik. Kimsə deyə bilər ki, qələbə qazanmamısızsa, necə yaxşı oynadız? Amma səhvlər az oldu, rəqibə demək olar ki, fərqlənmək üçün epizod vermədik. Uduzacağımız halda nələr baş verərdi..uşaqlar ölərdi. Fikirləşirəm ki, bu gün əsas məsələ uduzmamaq idi. Çox çətin səfərdir, meydan amili, ab-hava var. Bunu üstələyib bu cür oynadıqları üçün futbolçularıma təşəkkür düşür. Bizdən də yaxşı komandalar burda dəfələrlə çətinlik çəkiblər”. (CBC Sport)

AYXAN  

Bənzər xəbərlər