featured-image-27187

UEFA AVRO-2024-ün seçmə mərhələsinin İsveç – Azərbaycan oyununda millimizin qapısına vurulan qolu fərqləndirib.

Msport.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi feysbuk səhifəsində meydan sahiblərindən Antoni Elanqanın 89-cu dəqiqədə fərqləndiyi epizodun videosu paylaşılıb.

Postun üzərində isə “Elanqanın tempi və ayaq işi” sözləri yazılıb.

Qeyd edək ki, Azərbaycan millisi səfərdə İsveçə 0:5 hesabı ilə uduzub.

Bənzər xəbərlər