UEFA reytinqi: Klublarımız mövsümü neçənçi bitirdilər?
UEFA avrokuboklarda 2024/2025 mövsümü başa çatdıqdan sonra klubların reytinq cədvəlini yeniləyib.
Msport.az xəbər verir ki, siyahıda ən yaxşı göstəriciyə malik Azərbaycan komandası “Qarabağ”dır. Avrokubokların final oyunlarının nəticəsi Ağdam təmsilçisinin reytinqdəki mövqeyinə təsir etməyib.
Azərbaycan çempionu 32.000 xalla 69-cu pillədəki yerini qoruyub.
Digər klublarımız – “Neftçi” (8.000) 187-ci, “Zirə” və “Sabah” (hər ikisi 4.000) müvafiq olaraq, 318-ci və 319-cu, “Sumqayıt” (4.000) 323-cü, “Qəbələ” (3.000) 337-ci, “Şamaxı” isə (2.500) 338-ci olub.