featured-image-18273

UEFA “Qarabağ”la bağlı paylaşım edib.

Msport.az xəbər verir ki, Konfrans Liqasının sosial şəbəkə hesabında yayımlanan postda bu dəfə Abdullah Zubir fərqləndirilib.

Paylaşımda Fransalı yarımmüdafiəçinin Avropa Liqasının qrup mərhələsinin II turunda Bakıda Fransa “Nant”ının qapısına vurduğu qolun videosu yer alıb.

Videonun üzərində isə “Zubir bir toxunuşlu öldürücü zərbə ilə” sözləri yazılıb.

Qeyd edək ki, “Qarabağ” – “Nant” oyunu “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər