featured-image-69248

Ukrayna millisi Azərbaycanla DÇ-2026-nın seçmə mərhələsinin oyunundan qabaq ciddi itki ilə üzləşib. Msport.az xəbər verir ki, “Jirona”nın hücumçusu Viktor Tsıqankov Bakıdakı matçda meydana çıxa bilməyəcək.

O, Fransa ilə matçda (0:2) zədələnib və sentyabrın 9-a kimi hələ yaşıl meydanlara dönə bilməyəcək.

Xatırladaq ki, Azərbaycan-Ukrayna oyunu sentyabrın 9-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bənzər xəbərlər