Ukraynalı jurnalist Azərbaycan çempionatını aşağıladı
Ukraynalı tanınmış jurnalist Kirill Krıjanovski ötən mövsümü icarə əsasında “Sabah”da keçirmiş Aleksey Kaşukun gələcəyi haqqında danışıb.
Msport.az xəbər verir ki, o, 23 yaşlı hücumameyyli yarımmüdafiəçinin müqavilə ilə məxsus Donetsk “Şaxtyor”una mümkün qayıdışına da toxunub:
“Kaşuk əla mövsüm keçirdi. Bu onun üçün böyük üstünlükdür. Mənfi cəhəti odur ki, o, həmin mövsümü Azərbaycan çempionatında keçirdi. Bu oğlanda ən azı Ukrayna Premyer Liqasında oynamaq üçün bütün keyfiyyətlər var. Amma “Şaxtyor”a qayıtması məşqçilər korpusundan, onların prosesə baxışından asılıdır. İndi biz gələn mövsüm komandaya kimin rəhbərlik edəcəyini belə bilmirik”.
Qeyd edək ki, Aleksey Kaşuk ötən mövsüm “Sabah”ın heyətində 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.







