featured-image-28501

Ukraynalı mütəxəssis: “Azərbaycandan qeyri-ciddi təklif almışdım”

“Keşlə”nin (“Şamaxı”nın) sabiq baş məşqçisi Yuri Maksimov Azərbaycandan təklif alıb.

Msport.az-ın məlumatına görə, bu barədə ukraynalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib.

O, klubun adını açılqmasa da, bunun Bakı təmsilçisi olduğuna işarə vurub: “Azərbaycan və Gürcüstan çempionatlarında çıxış edən klublardan təkliflər almışdım, amma qeyri-ciddi idi. Danışıqları davam etdirməyin mənası yox idi. Klubların adını çəkmək istəmirəm, amma onlardan birində çalışmışam”.

Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında “Keşlə”nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.

 

Bənzər xəbərlər