featured-image-32109

Azərbaycanlı futbolçu Emil Mustafayev “Aleksandriya”dan ayrılıb. Msport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.

Mustafayev 2021-ci ilin yayından “Aleksandriya”nın əsas komandasında forma geyinirdi. O, ötən mövsüm 19 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Emilin karyerasını Azərbaycanda davam etdirə bilər. Premyer Liqanın bir neçə klubu onunla maraqlanır.

Bənzər xəbərlər