featured-image-33069

“Neftçi” ilə müqaviləsini uzadan Emin Mahmudov baş məşqçi məsələsinin tezliklə həll olunacağına ümid etdiyini deyib.

Msport.az xəbər verir ki, kapitan “Matç TV”yə açıqlamasında “Srvena Zvezda”ya məğlubiyyəti də (0:4) dəyərləndirib:

  • “Srvena Zvezda” ilə oyunumuz alınmadı. Ona görə ki, rəqib daha fqressiv və sürətli idi. Biz də çox sadə topları itirirdik ki, bundan sonra onlar əks-hücumlara çıxırdı. Serbiya komandası topa da yaxşı nəzarət edirdi.
  • Bu oyunda öz komandanızın hansı müsbət məqamını qeyd edərdiz?
  • Fiziki hazırlığımızı yoxladıq.
  • “Neftçi”yə turnirin gedişində qoşulduz. Öz formanızı necə qiymətləndirirsiz? 
  • “Srvena Zvezda” ilə oyun günü komanda ilə üçüngü gün idi ki, məşq edirdim.  Bir az çətin idi. Ancaq buna qədər də məşq edirdim, çalışırdım ki, formamı qoruyum. Əlbəttə, bir az da artırmaq lazımdır. 45 dəqiqə oynadım, lakin hələ çox işləməliyəm ki, yaxşı formada olum.
  • “Parı Premyer” turnirini necə dəyərləndirirsiniz? 
  • Yaxşı yarışdır. Təəssüf ki, biz tam hazır vəziyyətdə gəlmədik, hələ ki baş məşqçi yoxdur. Buna görə psixoloji və fiziki baxımdan bir qədər çətindir. Ümid edirəm ki, yaxın vaxtlarda məsələ həll olunacaq və daha yaxşı oynayacağıq. Təşkilatçılığa gəlincə, hər şey əladır. Düzdür, istərdik ki, “Qazprom Arena”da daha çox oyun olsun (gülür). İstərdik ki, belə turnilərin sayı artsın.

Bənzər xəbərlər