featured-image-54469

Macarıstanın paytaxtı Budapeştdə Ümumdünya Şahmat Olimpiadası davam edir. Msport.az xəbər verir ki, bu gün 6-cı turun görüşləri keçirilib.

Kişilərdən ibarət Azərbaycan milli komandası Litvaya məğlub olub – 1,5 -2,5.

Yığmamızın heyətində yalnız Şəhriyar Məmmədov qalib gəlib. Aydın Süleymanlı görüşünü heç-heçə başa vurub. Nicat Abbasov və Məhəmməd Muradlı məğlubiyyətlə üzləşiblər.

5 turdan sonra 8 xal toplayan millimiz 9-cu yeri tutur.

Qadınlardan ibarət Azərbaycan seçmə komandası Vyetnam üzərində qələbə qazanıb – 2,5: 1,5.

Komandamızın heyətində Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva rəqiblərini məğlub ediblər. Xanım Balacayevə heç-heçə edib, Günay Məmmədzadə isə uduzub.

5 turdan sonra 8 xal yığan yığmamız 11-ci yeri tutur.

 

Bənzər xəbərlər